2015-12-03
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 3 dekabr 2015-ci il tarixində Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüş zamanı nazirlər Almaniyanın ATƏT-ə sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi apardılar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verərək, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd etdi və bu xüsusda Almaniyanın ATƏT-ə sədrliyi dövründə mühüm töhfə verə biləcəyinə ümidvarlığını ifadə etdi.

Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər