2015-12-02
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 3-4 dekabr tarixində Belqradda keçiriləcək ATƏT Nazirlər Şurasının 22-ci iclasında iştirak məqsədilə Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.

Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

növbəti xəbər əvvəlki xəbər