2015-11-26
Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir

26-27 noyabr 2015-ci il tarixində Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir.

Səfər çərçivəsində Mevlüt Çavuşoğlunun Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 27 noyabr tarixində saat 11:45-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

növbəti xəbər əvvəlki xəbər