2015-10-27
Xarici işlər nazirinin müavini Xələf Xələfov Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının (UNEP) Avropa üzrə Regional Ofisinin Direktoru Yan Dusiki qəbul edib

27 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının (UNEP) Avropa üzrə Regional Ofisinin Direktoru Yan Dusiki qəbul edib.

Görüşdə, UNEP ilə ölkəmiz arasındakı əməkdaşlıq və bu çərçivədə görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsi və onun Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi istiqamətində atılan addımlar, Katibliyin fəaliyyətinin təşkili, UNEP-in bu məsələlərdə iştirakı, eləcə də sözügedən Konvensiyanın növbəti 6-cı Tərəflər Konfransının Bakı şəhərində keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

növbəti xəbər əvvəlki xəbər