2015-10-23
Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Səfir Kim Çanq Gyu etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim etdi.

Görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. 

Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Nazir Elmar Məmmədyarov səfir Kim Çanq Gyuya diplomatik fəaliyyətində uğurlar arzu etdi.

 
 

növbəti xəbər əvvəlki xəbər