2015-09-30
Xarici işlər naziri Elmar Məmmədyarov Makedoniya Respublikasının xarici işlər naziri Nikola Poposki ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Makedoniya Respublikasının xarici işlər naziri Nikola Poposki ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu.  Nazir Elmar Məmmədyarov Azərbaycanın Balkan regionu ölkələri ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini vurğuladı.

İkitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin və müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyi vurğulandı.

Azərbaycan və Makedoniya arasında enerji, turizm, kənd-təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğu bildirildi.

BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığı və qarşılıqlı dəstəyinin vacibliyi qeyd edildi.

Cənub qaz dəhlizinin reallaşdırılması, Şah Dəniz II layihəsinin icrası və TANAP və TAP xəttinin inşası üzrə işlərin gedişi barəsində məlumat verən nazir Elmar Məmmədyarov layihə çərçivəsində boru xəttinin keçəcəyi ölkələrdə yeni iş yerlərinin və investisiya imkanlarının açılacağını, regional əməkdaşlığın inkişaf edəcəyini və diversifikasiya olunmuş mənbə hesabına qaz təchizatının təmin olunacağını diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr apardı.

növbəti xəbər əvvəlki xəbər