2015-09-26
Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) ilə görüşüb. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişik də iştirak edib.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində müzakirələr davam etdirilib.

növbəti xəbər əvvəlki xəbər