2015-09-18
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri İmre Laslotskini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri İmre Laslotskini qəbul edib.

Görüşdə səfir İmre Laslotski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Səfir İmre Laslotski Azərbycan ilə Macarıstan arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir İmre Laslotskiyə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

 

növbəti xəbər əvvəlki xəbər