2015-04-29
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Liviyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Məhəmməd Əl-Həd Miftəh Əl-Dairi ilə görüşdü


Görüşdə Azərbaycan və Liviya xalqları arasında ənənəvi dostluq əlaqələri və ölkələrimiz arasında siyasi, iqtisadi və enerji kimi sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğu qeyd olundu.

Elmar Məmmədyarov Azərbaycanın Liviyada tezliklə sülh və sabitliyin bərqərar olmasını arzuladığınıı diqqətə çatdırdı. O, İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini vurğuladı.

Məhəmməd Əl-Dairi Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək, III Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd etdi.

O, Azərbaycanın təcrübəsinin daha yaxından öyrənilməsinin vacibliyini qeyd edərək, ölkəmizdə həyata keçirilən iqtisadi, sosial, infrastruktur və digər layihələrin xalqın həyat şəraitini daha da yaxşılaşmasına xidmət etdiyini bildirdi. Azərbaycanın neft tədrisi sahəsində zəngin təcrübəsinin Liviya üçün maraqlı olduğunu qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər