2015-04-29
Xarici işlər naziri Elmar Məmmədyarov İSESKO-nun baş katibi Əbdüləziz Osman Əl Tüveycrini qəbul etdi

Əbdüləziz Osman Əl Tüveycri Azərbaycanın İSESKO çərçivəsində fəaliyyətini və təşkilatın məqsəd və məramnlarının həyata keçirilmiəsinə verdiyi töhfələrini yüksək qiymətləndirdi.

O, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq təcrübəsinin dünya üçün örnək olduğunu diqqətə çatdırdı.

Birinci Bakı Avropa oyunlarının yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edən Əbdüləziz Osman Əl Tüveycri oyunların innaqurasiya mərasimində iştirak edəcəyindən şəərəf duyduğunu bildirdi.

Elmar Məmmədyarov İslam dünyasında həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğuladı və İslam Əməkdaşlıq Təşkilatı və İSESKO-nun İslam dünyasının üzləşdiyi məsələlərin müzakirəsi və həll yollarının tapılması üçün vacib platforma olduğunu vurğuladı.

Görüşdə Azərbaycan ilə İSESKO arasında əməkdaşlığa dair məsələlər müzakirə olundu.

 

növbəti xəbər əvvəlki xəbər