2015-04-23
21-23 aprel 2015-ci ildə Moskva şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının növbəti üçüncü iclası keçirilib

21-23 aprel 2015-ci ildə Moskva şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının növbəti üçüncü iclası keçirilib.

Azərbaycan Respublikası nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədlərinin Demarkasiyası üzrə Dövlət Komissiyasının Sədri Xələf Xələfov rəhbərlik edib.

İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olundu və ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqləndi. Eyni zamanda Azərbaycan-Rusiya dövlət sərhədinin ərazidə sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında Təlimat imzalandı.

Komissiya 2015-ci il üçün İş Planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri təsdiq etdi. 

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçdi və iclasın yekunu olaraq Protokol imzalandı.

növbəti xəbər əvvəlki xəbər