2014-12-24
Səfir Elman Abdullayev etimadnaməsini Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti cənab Mulatu Teşomeyə təqdim etmişdir

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti cənab Mulatu Teşomeyə təqdim etmişdir.

Efiopiya Prezidenti ilə keçirilmiş görüşdə səfir Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını cənab Mulatu Teşomeyə çatdırmışdır. Azərbaycanın Afrika qitəsinin mühüm ölkələrindən biri olan Efiopiya ilə münasibətlərin inkişafında və bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən Elman Abdullayev iki ölkə arasındakı münasibətlərin yeni müstəviyyəyə qaldırılması üçün böyük potensialın mövcud olduğunu bildirmişdir. 
 
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti cənab Mulatu Teşome öz növbəsində salamlarının və ehtiramının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etmişdir. Efiopiya Prezidenti cənab Mulatu Teşome ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, Azərbaycanın sürətli inkişafının ona böyük təəssürat bəxş etdiyini və Azərbaycanın onun üçün xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Efiopiya Prezidenti Elman Abdullayevə fəaliyyətində uğurlar arzulamışdır.
 
Görüşdə həmçinin, müxtəlif sahələrdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
 
 
 
növbəti xəbər əvvəlki xəbər