2014-12-15
XİN Mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyev: Kanadanın “ToursbyLocals” şirkəti haqqında
Baş ofisi Kanadanın Vankuver şəhərində yerləşən “ToursbyLocals” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil etməsi ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən zəruri etiraz tədbirləri görülmüşdür.
 
Görülmüş tədbirlər nəticəsində “ToursbyLocals” şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılmış və şirkətin internet resurslarından bu qanunsuz səfərlərlə bağlı bütün məlumatlar çıxarılmışdır.
 
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin daim diqqət mərkəzindədir və bu kimi qanunsuz əməllərin qarşısının alınması istiqamətində davamlı iş aparılır.
növbəti xəbər əvvəlki xəbər