2014-12-12
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 31-ci iclası keçirilir

12 dekabr 2014-cü il tarixində Yunanıstanın Saloniki şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 31-ci iclası keçirilir.

İclasda Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edir.
 
İclasda qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin icrası vəziyyətinin qiymətləndirilməsi, son 6 ay ərzində təşkilat çərçivəsində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinin vəziyyəti  kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.
növbəti xəbər əvvəlki xəbər