2014-12-11
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə nümayəndə heyəti Mərakeş Krallığında səfərdə olmuşlar

7-11 dekabr 2014-cü il tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə nümayəndə heyəti Mərakeş Krallığında səfərdə olmuşlar.

Səfər, Mərakeşin su çatışmamazlığından əziyyət çəkən bölgəsində yerləşən Figuig şəhərində fəaliyyət göstərən kəhrizlərin vəziyyətinin öyrənilməsi və mövcud problemlərin aradan qaldırılması yollarının müzakirəsi məqsədini daşımışdır.
 
Səfər çərçivəsində nümayəndə heyəti Figuig şəhərinin icra hakimiyyətinin başçısı, yerli icmaların rəhbərləri ilə görüşlər keçirmiş və gələcək əməkdaşlıq imkanlarına dair müzakirələr aparmışlar.
 
 
növbəti xəbər əvvəlki xəbər