2014-12-10
Nazir Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşmüşdür

Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası xarici işlər nazirlərinin 10 dekabr tarixində Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə inkişaf edən əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə olunmuşdur. 
 
Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərin və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrinin regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətini vurğulamışdır.
 
Həmçinin, üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanmışdır.
 
Görüşdə, eləcə də regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılmışdır.
növbəti xəbər əvvəlki xəbər