2014-12-09
Nazir Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfər edəcəkdir

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası xarici işlər nazirlərinin 10 dekabr tarixində Qars şəhərində keçiriləcək üçtərəfli görüşündə iştirak etmək məqsədilə rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Türkiyəyə işgüzar səfər edəcəkdir. 

Səfər çərçivəsində Nazir Elmar Məmmədyarovun xarici işlər nazirlərinin üçtərəfli görüşündə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.
növbəti xəbər əvvəlki xəbər