2014-12-09
Nazir Elmar Məmmədyarov Avstriyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Avstriyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Aksel Vexi qəbul etmişdir.

Görüşdə səfir Aksel Vex etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etmişdir.
 
Səfir Aksel Vex ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
 
Nazir Elmar Məmmədyarov Səfir Aksel Vexə diplomatik fəaliyyətində uğurlar arzu etmişdir. 
 
 
 
 
növbəti xəbər əvvəlki xəbər