2014-12-05
Nazir Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosunun direktoru ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində cari ilin 5 dekabr tarixində ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosunun direktoru cənab Mixael Link ilə görüşmüşdür.

Görüş zamanı ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosu Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
 
Nazir Elmar Məmmədyarov təsisat tərəfindən aparılan seçki monitorinqlərinin qərəzli olması, monitorinqlərin nəticələri ilə bağlı hazırlanmış hesabatların sifariş əsasında verilməsinin və təşkilatın məhz bu məsələlərdə ikili standartlar tətbiq etməsinin təşkilatla əməkdaşlığa və ona olan etimada xələl gətirə biləcəyini qeyd etmişdir.
 
Mixael Link ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, həm seçki, həm də insan hüquqları kimi məsələlərdə ayrı-seçkiliyə yol verilməməsinin vacib amil olduğunu bildirmiş və təşkilatın gələcək fəaliyyəti zamanı bu iradların diqqət mərkəzində olacağını demişdir. O, həmçinin, regiona səfər etmək niyyətində olduğunu qeyd etmişdir.
 
növbəti xəbər əvvəlki xəbər