2014-12-03
Xarici İşlər nazirinin müavini Xələf Xələfov İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbərini qəbul etmişdir

2014-cü ilin 3 dekabr tarixində Xarici İşlər nazirinin müavini Xələf Xələfov İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Əbuzər İbrahimi Türkmanı qəbul etmişdir. 

Görüş zamanı Xələf Xələfov Azərbaycan Respublikası və İran İslam Respublikası arasındakı əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin ölkəmizə səfəri və səfər çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafının bariz nümunəsi olduğunu qeyd etmişdir.
 
Regional sülh və təhlükəsizlik məsələlərinə toxunan Xələf Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində İran İslam Respublikasının mövqeyi və nümayiş etdirdiyi siyasi iradənin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.
 
Əbuzər İbrahimi Türkman ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələrinin mövcudluğunu qeyd etmiş və bu əlaqələrin daha da inkişaf etməsinin zəruriliyini vurğulamışdır. O, rəhbərlik etdiyi təşkilat barəsində məlumat verərək, onun dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərdiyini qeyd etmiş və bu təşkilatın ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirmişdir.
 
Əbuzər İbrahimi Türkman Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrinin İranı narahat etdiyini bildirmişdir.
növbəti xəbər əvvəlki xəbər