2014-12-02
Nazir Elmar Məmmədyarov Brüsselə yola düşmüşdür

Nazir Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə 2 dekabr 2014-cü il tarixində NATO-nun Əfqanıstan üzrə xarici işlər nazirləri səviyyəsində NATO-nun mənzil-qərargahında keçiriləcək iclasında iştirak etmək üçün Brüsselə yola düşmüşdür.

İclasda nazir Elmar Məmmədyarovun çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulmuşdur. 
növbəti xəbər əvvəlki xəbər