2014-11-27
Azərbaycanın Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Çexiya xarici işlər naziri tərəfindən qəbul edilmişdir

26 noyabr 2014-cü il tarixində Azərbaycanın Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Çexiya xarici işlər naziri Lubomir Zaoralek tərəfindən qəbul edilmişdir.

Çexiyalı nazir Lubomir Zaoralek Ermənistan-Azərbaycan münaqişəsinin  sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulamışdır.
 
Eyni zamanda, ölkələr arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir. Çexiya tərəfinin Azərbaycanın tikinti və nəqliyyat sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğu qeyd edilmişdir.
 
Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini və ikitərəfli münasibətlərə dair qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə etmişlər.
 
növbəti xəbər əvvəlki xəbər