2014-11-26
Nazir Elmar Məmmmədyarov Tailandın Azərbaycan Respublikasına təyin olunmuş yeni səfirini qəbul etmişdir

Nazir Elmar Məmmmədyarov Tailandın Azərbaycan Respublikasına təyin olunmuş yeni səfiri Tharit Charungvatı qəbul etmişdir.

Görüş əsnasında Azərbaycan ilə Tailand arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, iqtisadi-ticarət və turizm əlaqələrinin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı səfərlər məsələləri müzakirə edilmişdir.
 
Səfir Tharit Charungvat diplomatik fəaliyyəti müddətində ölkəsi ilə Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini vurğulamışdır.
 
Nazir Elmar Məmmədyarov səfir Tharit Charungvata diplomatik fəaliyyətində uğurlar arzu etmişdir.  
 
 
 
növbəti xəbər əvvəlki xəbər