2014-11-26
Nazir Elmar Məmmmədyarov Filippin Respublikasının Azərbaycan Respublikasına təyin olunmuş yeni səfirini qəbul etmişdir
Nazir Elmar Məmmmədyarov Filippin Respublikasının Azərbaycan Respublikasına təyin olunmuş yeni səfiri Maria Rovena Mendoza Sançesi qəbul etmişdir.
 
Görüş əsnasında Azərbaycan ilə Filippin arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılmış və ikitərəfli müqavilə-hüquq bazasının və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və qaşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanmışdır.
 
Səfir Maria Rovena Mendoza Sançes diplomatik fəaliyyəti müddətində ölkəsi ilə Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini demişdir.
 
Nazir Elmar Məmmədyarov Səfir Maria Rovena Mendoza Sançesə diplomatik fəaliyyətində uğurlar arzu etmişdir.  
 
növbəti xəbər əvvəlki xəbər