2014-11-18
Nazir Elmar Məmmədyarov BƏƏ-nin iqtisadiyyat nazirini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri və Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə iki ölkə arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsinin məmnunluq doğurduğu vurğulanmışdır.

Qarşılıqlı faydalı əməkdaşlıq əsasında iqtisadi-ticarət əlaqələrinin dinamik surətdə inkişafının sevindirici hal olduğu qeyd olunaraq, ölkələrimiz malik olduğu zəngin potensiala uyğun olaraq, ticarət dövriyyəsinin daha da artırılması üçün əlverişli imkanların olduğu qeyd edilmişdir. Bu xüsusda, Birgə hökumətlərarası komissiyanın əhəmiyyətli rola malik olduğu diqqətə çatdırılmışdır.  

Görüşdə kənd-təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, birgə investisiya layihələri və nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

 

növbəti xəbər əvvəlki xəbər