2014-11-17
Azərbaycanın Surinamdakı səfiri etimadnaməsini Surinamın Prezidentinə təqdim etmişdir
13 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Surinam Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini Surinam Respublikasının Prezidenti Dezire Delano Buterzeya təqdim etmişdir.
 
Səfir E.Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını prezident Dezire Delano Buterzeya çatdıraraq Azərbaycanın Surinamda ilk səfiri kimi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirmiş və ikitərəfli əməkdaşlıq üçün potensialın mövcud olduğunu qeyd etmişdir.
 
Surinamın prezidenti Dezire Delano Buterze prezident İlham Əliyevə ən xoş salamlarının çatdırılmasını xahiş edərək, Surinamın Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini bildirmiş və yaxın gələcəkdə iki ölkə arasında əlaqələrin möhkəmlənəcəyinə ümidvar olduğunu ifadə etmişdir.
 
Səfəri çərçivəsində səfir E.Sultanov Surinam Milli Assambleyasının sədri Jeniffer Girlings-Simmons, xarici işlər naziri Vinston Lakin, gənclər və idman naziri İsmanto Adna, Təbii ehtiyatlar naziri Jim Hok və digər rəsmi şəxslərlə görüşlər keçirmişdir.
növbəti xəbər əvvəlki xəbər