2014-11-12
Nazir Elmar Məmmədyarov 13 noyabr tarixində keçiriləcək Avropa Şurasının Nazirlər Komitəsinin iclasında iştirak etmək üçün Strasburqa yola düşmüşdür
Nazir Elmar Məmmədyarov 13 noyabr tarixində keçiriləcək Avropa Şurasının Nazirlər Komitəsinin iclasında iştirak etmək üçün Strasburqa yola düşmüşdür.
 
İclasda nazir Elmar Məmmədyarov çıxış edərək, Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin yekunlarına dair hesabat təqdim edəcək və Azərbaycan Respublikasının altı aylıq sədrlik müddətinin başa çatması ilə əlaqədar sədrliyi Belçikaya təhvil verəcəkdir.
növbəti xəbər əvvəlki xəbər