2014-11-05
Nazir Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Deyvid Lidinqtonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüş əsnasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ətrafında aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılmışdır.
 
Nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulamışdır. O əlavə etmişdir ki, Azərbaycan prezidentlərin Paris görüşünün nəticəsi olaraq, Fransa prezidenti Fransua Olland tərəfindən səsləndirildiyi kimi, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamağa hazırdır.
 
 
növbəti xəbər əvvəlki xəbər