2014-11-04
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin şimal-qərb marşrutu üzrə səfəri təşkil olunmuşdur

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə regionların turizm imkanlarının və sosial-iqtisadi inkişafının tanıdılması məqsədilə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin şimal-qərb marşrutu üzrə səfəri təşkil olunmuşdur.

Səfərdə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edirlər.
 
Səfər çərçivəsində diplomatların Şəki və Qəbələdə yerləşən bir sıra tarixi yerlər, turizm məkanları və Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son dövrlər istifadəyə verilmiş ictimai obyektlərlə tanışlıqları nəzərdə tutulmuşdur.
növbəti xəbər əvvəlki xəbər