2014-11-04
Nazir Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul etmişdir. 

Görüş əsnasında səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşneh etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etmişdir. 

Nazir Elmar Məmmədyarov səfirə yeni diplomatik fəaliyyətində uğurlar arzu etmişdir. 

Səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşneh ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirmişdir. 

 

 
növbəti xəbər əvvəlki xəbər