2014-11-03
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət Nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

2014-cü ilin 3 noyabr tarixində nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

İkitərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirən nazir Elmar Məmmədyarov qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması üçün geniş potensialın olduğunu diqqətə çatdırmışdır.
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Macarıstanın münaqişə ilə bağlı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin yüksək qiymətləndirildiyini demişdir.
 
Peter Siyarto Azərbaycanın Macarıstanın ən önəmli tərəfdaşlarından biri olduğunu deyərək, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.  
 
Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
 
Görüşün sonunda nazirlərin iştirakı ilə birgə mətbuat konfransı keçirilmişdir.
 
 
növbəti xəbər əvvəlki xəbər