2014-10-29
Nazir Elmar Məmmədyarovun Ermənistanın Xarici İşlər Naziri E.Nalbəndyanın Paris görüşünün nəticələri barəsində səsləndirdiyi fikirlərinə münasibətdə AzərTac, APA və Trend agentliklərinə bildirmişdir
-   Ümumiyyətlə, prezidentlər səviyyəsində hər bir görüş müsbətdir. Bu kimi görüşlər münaqişənin həlli prosesini irəli aparmaq məqsədilə qarşı tərəfin yanaşmasını başa düşməyə yardım göstərir. Paris görüşündə gün ərzində danışıqlar bir neçə mərhələdə keçirilərək, hələlik inkişafa nail olunmamış məsələlərə baxılmışdır. Prezident İlham Əliyev bir daha Azərbaycanın prinsipial mövqeyini səsləndirərək qeyd etmişdir ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına nail olmaq lazımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də aydın şəkildə dəstəklənən və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində təsbit olunmuş Azərbaycanın bu tələbənin yerinə yetirilməsi ilə regionda təhlükəsizlik, sərhəd və kommunikasiyaların açılması və etimad quruculuğu tədbirləri üzrə məsələlərin razılaşdırılması üçün geniş imkanlar yaranacaqdır. Belə ki, Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda, snayperlərə ehtiyac qalmayacaq və əsaslı şəkildə hərbi insidentlər azalacaqdır. Biz sülhü bərqərar edəcəyik və regionu inkişaf etdirəcəyik. Görüşün əsas nəticələrindən biri kimi mən Fransa Prezidenti Fransua Ollandın böyük sülh sazişinin layihəsi üzərində işə başlamığın zəruriliyi barəsində münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycana çağırışını qeyd edərdim. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, bu işə hazırdır. 
 
Məqalənin tam mətni: AzərTac
 
Məqalənin tam mətni: Trend
 
Məqalənin tam mətni: APA
növbəti xəbər əvvəlki xəbər