2014-10-29
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında səfərdə olan Albaniyanın sabiq prezidentini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında səfərdə olan Albaniyanın sabiq prezidenti Rexhep Meidanini qəbul etmişdir. 

Görüş əsnasında Azərbaycan və Albaniya arasında ikitərəfli əlaqələrin inkişafına münasibətdə məmnunluq ifadə olunaraq, Trans-Adriatik boru xəttinin region ölkələri üçün əhəmiyyəti qeyd olunmuşdur. 
 
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılmışdır. 
 
növbəti xəbər əvvəlki xəbər