2014-10-23
XIN-nin nəzdində fəaliyyət göstərən AR-nın Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti ilə görüşmüşdür

23 oktyabr 2014-cü il tarixdə AİDA Agentliyinin rəhbəri Əşrəf Şıxəliyev BMqT-nin Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya Regional Ofisinin direktoru Renate Held və təşkilatın Bakı ofisi rəhbərinin vəzifəsini icra edən Sərhan Aktoprakla görüş keçirmişdir.

Görüş zamanı Ə.Şıxəliyev AİDA-nın fəaliyyət istiqamətləri və dünyanın müxtəlif bölgələrində həyata keçirilən layihələr barədə qonaqlara məlumat vermişdir. Tərəflər arasında Afrika ölkələrində birgə layihələrin həyata keçirilmə imkanları müzakirə edilmiş və gələcək əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılmışdır.
 
 
 
növbəti xəbər əvvəlki xəbər