2014-10-23
Nazir Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaymayerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Nazir Elmar Məmmədyarov iki ölkə arasında siyasi, iqtisadi, humanitar və elm-təhsil sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu və ticarət dövriyyəsinin üç milyard dollara yaxın olduğunu qeyd edərək, qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır. 
 
Frank-Valter Staynmayer ölkəsinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək, ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün əlverişli potensialın olduğunu vurğulamışdır. 
 
Görüş əsnasında regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 
 
Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçirilmişdir. 
 
 
 
 
növbəti xəbər əvvəlki xəbər