2014-10-22
Nazir Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı Səfirini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı Səfiri Mübarək bin Fahad Əl-Sənini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir. 

Səfir Mübarək bin Fahad Əl-Səni diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdir. 
 
Nazir Elmar Məmmədyarov səfir Mübarək bin Fahad Əl-Səniyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etmişdir. 
növbəti xəbər əvvəlki xəbər