2014-10-21
Nazir Elmar Məmmədyarov Albaniya parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.  

Görüş əsnasında ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin mühüm əhəmiyyətə malik olduğu qeyd edilmişdir. 
 
Trans-Adriatik boru xətti layihəsinin həyata keçirilməsinin Albaniya və ümumiyyətlə, region üçün mühüm əhəmiyyət daşıdığı və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açdığı vurğulanmışdır. 
 
Tirana Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasının ölkələrimiz arasında təhsil və humanitar sahələrdə əməkdaşlıq üçün mühüm addım olduğu bildirilmişdir. 
 
Görüş əsnasında turizm, infrastruktur, sərmayələr və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləs aparılmışdır. 
növbəti xəbər əvvəlki xəbər