2014-10-21
Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etmişdir
Nazir Elmar Məmmədyarov 21 oktyabr 2014-cü il tarixində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
 
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılmışdır. 
 
növbəti xəbər əvvəlki xəbər