2014-10-20
Nazir Elmar Məmmədyarov Serbiyanın Azərbaycan Respublikasına təyin olunmuş yeni səfirini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov 20 oktyabr 2014-cü il tarixində Serbiyanın Azərbaycan Respublikasına təyin olunmuş yeni səfiri Neboyşa Rodiçi qəbul etmişdir.

Görüş əsnasında Neboyşa Rodiç etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etmişdir.
 
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Serbiya arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini qeyd edərək, səfir Neboyşa Rodiçə yeni diplomatik vəzifəsində uğurlar arzu etmişdir.
 
Səfir Neboyşa Rodiç diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirmişdir. 
 
 
növbəti xəbər əvvəlki xəbər