2014-10-15
Nazir Elmar Məmmədyarov Fələstinin xarici işlər nazirinii qəbul etmişdir

Cari ilin 15 oktyabr tarixində nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Fələstinin xarici işlər naziri Riyad Əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Görüş əsnasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş və elm-təhsil, humanitar və sosial səhələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 
 
Riyad Əl-Maliki Azərbaycanın Fələstinə göstərdiyi dəstək və yardımının yüksək qiymətləndirildiyini vurğulamışdır. 
 
Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Fələstin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminə dair Anlaşma memorandumu imzalanmışdır. 
 
Görüşdən sonra nazir Elmar Məmmədyarov və Riyad Əl-Maliki tərəfindən birgə mətbuat konfransı keçirilmişdir.
 
 
 
növbəti xəbər əvvəlki xəbər