2014-10-09
Romada Qanun vasitəsilə Demokratiya naminə Avropa Komissiyasının 100-cü plenar sessiyası keçiriləcəkdir

2014-cü ilin 10-11 oktyabr tarixlərində Romada Qanun vasitəsilə Demokratiya naminə Avropa Komissiyasının (Venesiya Komisiyası) 100-cü plenar sessiyası keçiriləcəkdir.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev yubiley sessiyasına qatılacaq və tədbirin açılış hissəsində Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi adından çıxış edəcəkdir.

Səfir çərçivəsində nazir müavini Mahmud Məmməd-Quliyevin İtaliya Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.

növbəti xəbər əvvəlki xəbər