2014-10-09
Xarici işlər nazirinin müavini Nadir Hüseynov Qazaxıstan Respublikasının xarici işlər nazirinin birinci müavini ilə görüşmüşdür

2014-cü ilin 9 oktyabr tarixində xarici işlər nazirinin müavini Nadir Hüseynov Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının xarici işlər nazirinin birinci müavini EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərginin komisarı Rapil Joşıbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulamış və əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunmuşdur. Mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd olunmuşdur.

Azərbaycan tərəfi EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərginin Qazaxıstan Respublikasının Astana şəhərində keçirilməsi ilə əlaqədar qarşı tərəfə uğurlar arzulamışdır.

Rapil Joşibayev səmimi qəbula görə təşəkkürünü bildirərək, Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini vurğulamışdır.  

Qazaxıstan tərəfi beynəlxalq sərgiyə hazırlıq mərhələsi barədə məlumat vermişdir. 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

növbəti xəbər əvvəlki xəbər