2014-10-08
Nazir Elmar Məmmədyarov Böyük Britaniya nümayəndə heyətini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilərək, bu əlaqələrin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu vurğulanmışdır.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qonaqlara məlumat vermişdir.
 
Böyük Britaniya nümayəndə heyəti tərəfindən Azərbaycanın əldə etdiyi nailiyyətlərin heyranlıq doğurduğu qeyd olunaraq, Azərbaycanın gələcək inkişaf ilə bağlı aydın baxış və strateji xəttə malik olduğu bildirilmişdir.
 
Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi xüsusilə vurğulanmışdır.
 
Görüş zamanı regional və qlobal proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
 
 
növbəti xəbər əvvəlki xəbər