2014-10-07
Nazir Elmar Məmmədyarov Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində 7 oktyabr 2014-cü il tarixində Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycan və Belarus parlamentləri arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilmiş və mövcud dostluq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsinin zəruriliyi vurğulanmışdır. 

Parlamentlərarası əlaqələrin ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin inkişafında mühüm rola malik olduğu qeyd olunaraq, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı üçün böyük potensialın mövcud olduğu bildirilmişdir.

növbəti xəbər əvvəlki xəbər