2014-10-03
Nazir Elmar Məmmədyarov Avropa Şurasının Baş Katibi Torbyor Yaqland ilə görüş keçirmişdir

Nazir Elmar Məmmədyarov Avropa Şurasının Baş Katibi Torbyor Yaqland ilə görüş keçirmişdir. Görüş ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrıiyi ilə əlaqədar nazir Elmar Məmmədyarovun Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirakı çərçivəsində baş tutmuşdur. 

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində davam edən danışıqlar, Azərbaycanla Avropa Şurası arasında  qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Azərbaycanla Avropa Şurası arasında 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər