2014-10-03
Azərbaycan Litvadakı səfiri H.Məmmədzadə Litvanın müdafiə naziri ilə görüşmüşdür

Cari ilin 2 oktyabr tarixində Azərbaycan Respublikasının Litva Respublikasındakı səfiri Həsən Məmmədzadə Litva Respublikasının müdafiə naziri Yozas Olekas ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri və hərbi əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. 

Səfir H.Məmmədzadə müdafiə nazirinə  regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. 

Səfir Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi və peşəkarlığın artırılmasına xüsusi önəm verilirdiyini bildirərək, Y.Olekasa Azərbaycanda son dövrlərdə Silahlı Qüvvələr sistemində aparılan islahatlardan danışmışdır. 

növbəti xəbər əvvəlki xəbər