2014-10-01
Nazir Elmar Məmmədyarov Fransanın Strasburq şəhərinə yola düşmüşdür

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Avropa Şurasının Parlament Assambleyasının növbəti sessiyasında iştirak etmək məqsədilə Fransanın Strasburq şəhərinə yola düşmüşdür.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun AŞPA-nın növbəti sessiyasında iştirakı, sessiya zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxışı və bir sıra görüşləri nəzərdə tutulmuşdur. 

növbəti xəbər əvvəlki xəbər