2014-09-26
Nazir Elmar Məmmədyarov Demokratiya və İqtisadi İnkişaf Naminə GUAM təşkilatının xarici işlər nazirləri Şurasının iclasında iştirak etmişdir

Nazir Elmar Məmmədyarov 2014-cü ilin 26 sentyabr tarixində BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində Demokratiya və İqtisadi İnkişaf Naminə GUAM təşkilatının xarici işlər nazirləri Şurasının 23-cü iclasında iştirak etmişdir.

Görüşün sonunda GUAM xarici işlər nazirləri Şurası tərəfindən protokol qəbul olunmuşdur.
 
Protokolda BMT nizamnaməsi, GUAM-ın öz nizamnaməsi, habelə ATƏT-in təməl sənədlərində öz əksini tapmış və hamı tərəfindən tanınmış beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik bir daha təsbit olunmuşdur. Sənəddə münaqişələrin suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə  tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında həlli xüsusi vurğulanmışdır.
 
İclasda GUAM təşkilatının digər beynəlxalq təşkilatlar və dövlətlərlə əlaqələri və sahəvi praktiki əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 
növbəti xəbər əvvəlki xəbər