2014-09-26
Nazir Elmar Məmmədyarov Nikaraqua Respublikasının xarici işlər naziri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cu ilin 25 sentyabr tarixində Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopezlə görüşmüşdür.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq imkanları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmiş, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur. 
növbəti xəbər əvvəlki xəbər