2014-09-26
Nazir Elmar Məmmədyarov Şimali Kiprin Türk İcmasının lideri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov  BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 2014-cü ilin 25 sentyabr tarixində Şimali Kiprin Türk İcmasının lideri Dərviş Əroğlu ilə görüşmüşdür.

Görüş əsnasında Dərviş Əroğlu mövcud vəziyyət və aparılan danışıqlar prosesi haqqında məlumat vermişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

 

növbəti xəbər əvvəlki xəbər